Deputat: “Mehriban xanım Əliyeva mərhəmətini Azərbaycan xalqından əsirgəmir”

Heydər Əliyev Fondunun fəaliyyəti yarandığı gündən xeyriyyəçilik missiyasını həyata keçirib. Tək ölkəmizdə deyil diğər ölkələrdə də xeyriyyəçilik və yardım aksiyalarını keçirib. Milli Məclisin deputatı İmamverdi İsmayılov XALQ.AZ açıqlamasında bildirib ki, qısa zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə sosial yönümlü lahiyələr həyata keçirilir. Koronovirus pandemiyası dövründə Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən, həm cənab prezidentimiz tərəfindən yaradılmış Koronavirusa qarşı Mübarizə Dəstək Fonduna böyük vəsait köçirilmişdir. Çoxlu sayda aztəminatlı ailələrə və tənha insanlara yardımlar verilmişdi, bu gündən sonra da 100 min az təminatlı ailələrə yardımların verilməsi həyata keçirilir. Bu təbii ki, Heydər Əliyev Fondunun həmrəyliyini, hümanistliyini, ümumən bu fondun amal və prinsiplərini tamamilə özündə əks etdirir. Bunu insanlar çox yüksək qiymətləndirir və hər birimiz də fondun vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Azərbaycan xalqına verilən ən böyük qiymətlərdən biridir ki, məhz bu məqamda Cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım öz humanist addımları ilə mərhəmətini Azərbaycan xalqına nümayiş etdirir.Mən də bir vətəndaş kimi, bir millət vəkili kimi cənab prezdentimizə, Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Ən əsası odur ki, Heydər Əliyev Fondu hər zaman xalqın yanındadır.