Deputat: “Milli Şura və ətrafında olanlar sağalmaz virusa yoluxublar”

Onlar xalqımıza qarşı çox amansız və şərəfsiz mübarizə aparırlar.

Müsahibimiz Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovdur;

Cavid müəllim koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

Təbii ki, dünya ölkələri və xalqları bu gün koronavirus pandemiyasına qarşı çox amansız mübarizə aparırlar və dünyanın ən inkişaf etmiş ölkələri həm iqtisadi baxımdan, həm tibb elmi baxımından bu virusa qarşı çox aciz vəziyyətə düşüb və nəticədə iki milyondan artıq insan bu virusa yoluxmuş və on minlərlə insan həyatın itirmişdi. Azərbaycan təbii ki bu baxından dünyanın ən sabit, ən əminaman ölkəsi sayılır. Təkcə ölkə vətəndaşları deyil, bunun Ümumdünya Səhiyyə təşkilatı dəfələrlə vurğulayıb. Eyni zamanda bir sıra xarici KİV-də cənəb prezidentimizin koronavirus pandemiyasına qarşı atdığı addımları, həyata keçirdiyi tədbirlər işıqlandırılır və bir çox inkişaf etmiş ölkələr təbii ki Azərbaycan modelindən, onun effektivliyini görərək öz ölkələrində tətbiq edirlər. Təbii ki, ilk növbədə burda cənab prezidentimizin apardığı davamlı, təsirli və məqsədyönlü tədbirləri qeyd etmək olar. İlk növbədə sərhədlərin bağlanması, bütün növ təhsil müəssələrinin fəaliyyətinin dayandırılması, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, aptek və mağazalardan başqa digər fəaliyyətdə olan müəssələrin işinin dayandırılması eyni zamanda təbii ki, koronovirus pandemiyasının dünya enerji və səhm bazarlarına kəskin dalğalanmalarının ölkə iqtisadiyyatına daha az təsir etməsi məqsədi ilə cənab prezidentimizin tapşırığı əsasında 4 işçi qrupunun yaradılması, 2.5 milyard manat vəsaitin ayrılması, 600 min insana 190 manat birdəfəlik yardımların verilməsi, muzdlu işçilərin əmək haqqlarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi və bütün növ müavinatların, penisiyaların, o cümlədən əmək haqlarının ödənilməsi yəni bütün bunlarla cənab prezidentimiz insanların sosial təminatının yaxşılaşdırılması və eyni zamanda dövlətin iqtisadiyyatının davamlı və dayanıqlı olması məqsədi ilə bütün tədbirlər həyata keçirildi. Ölkə prezidentinin çevik və uzaq görən siyasəti nəticəsidirki, bu fors- masor vəziyyətə ölkəmiz tamamilə hazır vəziyyətə gətirildi və nəticə göz qabağındadır.

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

Bir daha qeyd edirəm ki, dünyada məşhur KİV-də ölkə prezidenti Cənab İlham Əliyevin koronavirus pandemiyası dövründə atdığı addımları dünya ölkələrində tətbiq olunmaqla yanaşı eyni zamanda Ümumdünya Səhiyyə təşkilatı da prezidentimizin atdığı addımları çox yüksək qiymətləndirib. Və bu model dünya ölkələrində tətbiq olunur. Amma buna baxmayaraq bütün dünyada biz görürük ki, heç bir ölkədə iqtidar müxalifət anlayışı qalmayıb. Bütün qüvvələr birləşərək koronovirus pandemiyasına qarşı apardığı mübarizə zamanında bu gün 5-ci kolon xüsusən milli şura və onun ətrafında yığışan satqın Azərbaycan xalqının düşmənləri olan Əli Kərimli, Cəmil Həsənli, Secinc Osmanqızı və digər bunların ətrafında birləşən çirkin və tərbiyəsiz və əxlaqsız insanların Azərbaycan dövlətinin və Azərbaycan xalqına atdığı şər,böhtan bu gün də onlar tərəfindən davam olunur. Təbii ki bünlar Azərbaycan xalqı tərəfindən 27 il əvvəl zibilliyə atılmış bir virusa yoluxmuş insanlardılar və ermənipərəst qüvvələrdən və erməni lobbisindən Azərbaycanı gözü götürməyən bəzi qurumlardan maliyyə dəstəyi alaraq çalışırlar. Ölkəmizə qarşı, xalqımıza qarşı çox amansız və şərəfsiz mübarizə aparırlar. Bu insanlar bütün dəyərlərini itirmiş insanlardılar ki, dünyanın bütün ölkələri Azərbaycan modelini yüksək qiymətləndirdiyi bir vaxtda, şərəfini, ləyaqətini, vicdanını və bütün milli, mənəvi dəyərlərini itirmiş olaraq, özlərini, ruhlarını cisimlərini ermənilərə satmış bu üzdəniraq şərəfsizlər Azərbaycan xalqına və dövlətinə qarşı çox yaramaz və çox çirkin siyasət yürütməyə davam edirlər. Təbii ki, ölkəmiz, Azərbaycan xalqı bunları 27 il bundan əvvəl atdığı zibilxanada yenə də saxlamaqdadır. Bunların nə qədər yaramaz ünsür olduqlarını Azərbaycan xalqı bir daha görür və bəyan edir ki, bunlar ölkəmizə qarşı ən çirkin və Azərbaycanı sevməyən ermənipərəst qüvvələr tərəfindən verilən tapşırıqları xalqımıza qarşı yönəldirlər.

Cavid müəllim postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?


Təbii ki, hər halda bu virusun qarşısı alınacaq. Bütün dünya ölkələri və tibb elmi birləşərək mübarizə aparırlar. Eyni zamanda dövlətlər səviyyəsində, ölkə rəhbərləri səviyyəsində yalnız bir məsələ var o da koronavirusun yayılmasının qarşısını almaq və bitdikdən sonra dünya həyatı fərqli olacaq. İnsanlar sosial məsafəni qorumağa çalışacaqlar, texnologiyaya daha çox üstünlük veriləcək. Bir çox konfranslar, tədbirlər videogörüntülər, üstün texnologiya vasitəsi ilə həyata keçiriləcək. Eyni zamanda dünya iqtisadiyyatına da ağır zərbələr vurmaqdadır. Amma zaman onu göstərir ki, ölkə prezidentinin vaxtında və qabaqlayıcı atdığı addımlar Azərbaycanı bu koronovirus pandemiyasından daha az itki ilə çıxacaqdır. Ona görə də cənab prezidentimizin atdığı addımları hər bir Azərbaycan vətəndaşı çox böyük məmnunluqla qarşılayır və ölkə prezidenti ətrafında çox sıx birləşərək bu virusa qarşıöz addımlarını atırlar. Gələcəkdə də təbii ki Azərbaycan xalqı bu günə qədər olduğu kimi ölkə prezdenti ətrafından sıx birləşərək postpandemiya dövründə qoyulan qaydalarla biz ölkəmizi daha rifah hala gətirib çıxarda bilərik. Və bütün bunlar ölkə iqtisadiyyatına az təsir edəcəkdir.

Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?

Təbii ki, koronovirus pandemiyası dövründə Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən, həm cənab prezidentimiz tərəfindən yaradılmış Koronavirusa qarşı Mübarizə Dəstək Fonduna böyük vəsit keçirilmişdir. Çoxlu sayda az təminatlı ailələrə bu günə kimi də yardımlar verilmişdi, bu gündən sonra da 100 min az təminatlı ailələrə yardımların verilməsi həyata keçirilir. Bu təbii ki, Heydər Əliyev Fondunun həmrəyliyini, hümanistliyini, ümumən bu fondun amal və prinsiplərini tamamilə özündə əks etdirir. Bunu insanlar çox yüksək qiymətləndirir və hər birimiz də fondun vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Azərbaycan xalqına verilən ən böyük qiymətlərdən biridir ki, məhz bu məqamda cənab prezidentimizin ən yaxın silahdaşı olan Mehriban xanım öz humanist addımları ilə mərhəmətini Azərbaycan xalqına nümayiş elətdirdi.Mən də bir vətəndaş kimi, bir millət vəkili kimi cənab prezdentimizə, Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

Ölkədə 11 aprel 2018-ci ildə keçirilən son prezident seçkilərindən sonra bütün ölkədə geniş islahatlar başlanmışdır. Bunu elə cənab prezident seçkilərdən dərhal sonra anonsunu vermişdi. Biz gördük ki, Azərbaycanda çox geniş islahatlar paketi həyata keçirilir bu həm sosial islahatlardır, həm siyasi islahatlardır, həm kadır islahatlarıdır həm də struktur islahatlarıdır. Yəni bütün sahələrdə islahatlar həyata keçirilir. Sonuncu 9 fevral 2020-ci il tarixində keçirilən növbədənkənra parlament seçkiləri bunun bariz nümunəsidir. Siyasi arenada ölkə prezidenti tərəfindən çox ciddi islahatlar aparılır. Amma eyni zamanda müəyyən dairələr, milli şura ətrafında yığışan ünsürləri dəstəkləyən erməni pərəst qüvvələr xüsusən AŞPA-nın Azərbaycana qarşı ikili standartlar mövqeyindən çıxış etməsi təbii ki, bu hər bir azərbaycanlı vətəndaşının belə bir qurumlara nifrətini yaradır. Hər birimiz bir daha əmin oluruq ki, təkcə biz yox dünya ölkələri əmin olur ki, belə qurumlar yalnız ikili xidmətlərə qulluq edirlər. Belə qurumların Azərbaycana nə qədər qərəzli mövqe ilə yanaşsalarda təbii ki, ölkəmiz, Azərbaycan vətəndaşları və ölkədən kənarda yaşayan Azərbaycan xalqının nümayəndələri hər biri cənab prezidentimizin ətrafındadırlar, bu siyasətə öz sadiqliyini nümayiş etdirirlər və ürəkdən bəyənib dəstəkləyirlər. Hər zamanda Heydər Əliyev yolu ilə cənab prezidentimizin rəhbərliyi ilə bu siyasətə sadiq qalacaqlar və bu siyasəti yaşadacaqlar.