Deputat: “Münaqişənin ədalətli həlli üçün işğalçıya təzyiq göstərilməlidir”

Ötən gün yerli telekanallara verdiyi müsahibədə Azərbaycan Przidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini və beynəlxalq vasitəçilərin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qeyd edib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir.

Sitat: “Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir – bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.
Ölkə başçısının çıxışında ən mühüm məqamlardan biri də beynəlxalq vasitəçilərin ədalətsiz yanaşması ilə bağlıdır. Prezident bildirib ki, beynəlxalq vasitəçilər, o əsasən də

ATƏT Minsk Qrupu həmsədləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycana eyni münasibəti sərgiləyirlər. Halbuki normalda münaqişənin ədalətli həlli üçün işğalçıya təzyiq göstərilməli, onu razılaşmaya vadar etməlidir.

Dövlət başçısı Avropa ermənilərə dəstək verən, himayədarlıq edən qurum və şəxslərin olduğunu qeyd edib. Prezident bildirib ki, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları tənqiddən qoruyur.

Sitat: “Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar”.

Bununla bağlı danışan deputat Vüqar İskəndərov bildirib ki, bu gün Azərbaycan elə bir gücə sahibdir ki, artıq öz fikrini və sözlərini bildirə bilir:

“Əlbəttə, bu uzun müddət aparılmış düzgün xarici siyasətin nəticəsidir. Təbii ki, xarici siyasətin əsas aparıcı şəxsi cənab prezident İlham Əliyevdir. Dünən ölkə başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibəsində Avropa inistitutları, beynəlxalq təşkilatların bir çoxunun Azərbaycan-Ermənistan münasibətlərində və Dağlıq Qarabağ münaqişəsində tutduqları mövqeyi sərt tənqid etdi. Bu çox doğrudur. Konkret olaraq ATƏT-in Minsk Qrupu haqqında cənab prezident bir neçə dəfə fikirlər söylədi. Dövlət başcısı bildirdi ki, fəaliyyətdə olmaq elə fəaliyyətdə olmaq deməkdir. Yəni neçə illərdir ki, ATƏT-in Minsk Qurupunun dırnaq arası fəaliyyətinin şahidiyik. Ancaq biz nə görürürk? İllər keçsə də də bu münaqişədə heç bir dönüş yoxdur. Cənab prezident vurğuladı ki, Azərbaycan hazırda masada olan məsələdən kənar çıxmamaq şərti ilə münaqişənin həlli ilə bağlı danışıqlara getməyə hazırdır. Ancaq indiki halda Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin hər hansı bir formatda danışığına ehtiyac yoxdur. Çünki bunun üçün konkret həll mexanizmini ATƏT-in Minsk Qurupunun fəaliyyətində görmürük. Mənim fikrimcə ATƏT-in Minsk Qurupu sanki vaxtı uzatmaqla məşğuldur. Onların fəaliyyətinin konkret nəticəsi yoxdur.

Deputat qeyd edib ki, müsahibə zamanı cənab prezidentin toxunduğu digər məsələ Avropa institutlarında, beynəlxalq təşkilatlarda, Avropa İttifaqında erməni lobbisinin çirkin fəaliyyəti ilə bağlı oldu:

“Biz bu günə qədər çox görmüşük ki, Ermənistanda həbsxanada jurnalist ölür. Amma bir çox insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna susur. Azərbaycanda aisə jurnalist konkret cinayət törətdiyinə görə qanunla cəzalandırılır. Avropanın məlum institutları insan haqlarından danışaraq bəyanatlar verirlər. Onların iç üzü əslində budur. Çünki bu institutlara oradakı havadarları və erməni lobbiləri müxtəlif yollarla təzyiqlər edir, pulla satın alırlar. Tarix boyu bu belə olub. Hazırda da bu proses davam etdirilir. Cənab prezidentin apardığı düzgün xarici siyasət nəticəsində dünyada bu balans pozularaq Azərbaycanın xeyirinə dəyişib. Bu gün elə beynəlxalq təşkilat və qurum yoxdur ki, Azərbaycanı dəstəkləməsin. Azərbaycan öz sözünü kəskin şəkildə deyir. Cənab prezident bir çox beynəlxalq tədbirlərdə Ermənistanın Baş nazirinə məktəb şagirdi kimi həm müəllimlik edərək tarix dərsi keçdi, həm də həqiqətləri bütün dünyaya çatdırdı. Biz beynəlxalq arenada üstünlüyü ələ almışıq. BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar yekdilliklə dəstəkləyirlər. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Cənab prezident lider kimi fəaliyyətini belə təşkilatlarda rəhbər kimi də göstərə bilir. Əlbəttə bu da hər bir azərbaycanlıda qürur hissi doğurur”.