Deputat növbəti vətəndaş qəbulunu keçirdi.


24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, həmçinin Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Karantin qaydalarını da nəzərə alaraq keçirdiyi görüşdə millət vəkili Könül Nurullayeva vətəndaşlarımızı fərdi formada dinləyərək, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat Qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə dəstək məqsədilə yaradılmış İctimai Birliyin qarşılaşdığı çətinliklərin aradan qaldırılması və vətəndaşlarımızın məşğulluq səviyyəsinin artırılması ilə bağlı məsələlər başlıca yer almışdır. Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.