Deputat: “ Ölkədə aparılan islahatlar daha çox xalq tərəfindən dəstəklənir”

“Bu islahatların aparılması ölkənin vəziyyəti, iqtisadi durumu, demokratiyanın səviyyəsi, cəmiyyətin özünün inkişafı cəmiyyətdə gedən proseslərlə əlaqədardır”

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, islahatlar idarə etmədən,mərkəzi icra sturukturlarının idarə etmə sistemindən başlayıb.

“İslahatlar Azərbaycanda həmişə keçirilib, keçirilir və düşünürəm ki, gələcəkdədə keçiriləcək. Bu idarə etmə,iqtisadi,sosial, sahələrdə keçirilən islahatlardır. Amma bizi maraqlandıran təbii ki, ən önəmli 2018-ci ildə prezident seçkilərindən sonra başlanılan islahatlardır. Təbii ki, islahatlar tək bizim ölkədə getmir, bir çox ölkələrdə gedir. Ancaq islahtaların məğzi, hədəfi nədir? Yəni bizim ölkədə keçirilən islahatların hədəfi, məğzi məmurların insanlara münasibəti, xalqla təməsda olanların onlarla daha yüksək xidmət göstərilməsi, xalqın rifahının artmaqdır.


İslahatlar mərhələ-mərhələ keçirilir. Mən düşünürəm ki, bu islahatlar təkamül yolu ilə keçirilir,hər bir ölkədə aparılan islahatlar ölkənin vəziyyəti, iqtisadi durumu, demokratiyanın səviyyəsi, cəmiyyətin özünün inkişafı və cəmiyyətdə gedən proseslərlə əlaqədardır. Həmçinin islahatlarla bağlı düşündüyüm kimi paralel gedən iqtisadi islahatlardır. Burda daha çox önəm verilən məsələ biznesin inkişafi, biznes üçün daha rahat mühitin yaradılması, ən önəmlisi kiçik və orta sahibkarlığın inkişafı, mikro iqtisadiyyatın yaranması və inkişafı. Bu səpkidə islahatlar başlayır və gedir.” Millət vəkili bildirb ki, bəzilər tərəfindən islahatlar bir mənalı qəbul olunmur. “Əsas odur ki, bizdə keçirilən islahatlar daha çox xalq tərəfindən dəstəklənir və bəyənilir. Bu da təbii ki, xalqın mənafeyinə və maraqlarına irəli gəlir. Onu da qeyd etmək istəyirəm ki məmurlar barəsində bir neçə vaxtdır çoxlu açıqlamalar verirlir. Azərbaycanda məmurların əksəriyyəti işini bilən, profesianal, bacarıqlı insanlardır. Amma təbiidir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə elə məmurlar, elə insanlar olurki, öz mənafeyini dövlət mənafeyyindən yüksək tutur. Özünü insalarla münasibətdə kobud formada aparır, onların fikirlərin öyrənmir. Əfususlar olsun belələri də var. Rüfət Quliyev qeyd edib ki, məmurlar insanlar üçün işləməlidirlər, insanlar məmurlar üçün yox. Korrupsiya ilə mübarizəyə birdə qayıdanda mən qeyd etmək istəyirəmki möhtərəm cənab prezident İlham Əliyev hər zaman, hər çıxışında qeyd edir, hər bir məmuru təyin edən də onlarla şəxsən görüşəndə, bütün açıqlamalarında bildirir ki, məmurlar insanlar üçün işləməlidirlər, insanlar məmurlar üçün yox. Hər bir statuslu vətəndaş cəmiyyətdə yüksək bir vəzifə, rütbə daşıyan vətəndaş başa düşməlidir ki o yüzlərlə insanlarla təmasda olur, ünsüyyətdə olur, onları qəbul edir, onlarla iş aparır və insanların problemlərini diqqətlə dinləməli və problemlərin həlli üçün çalışmalıdır. Bu tək millət vəkillərinin vəzifə borcu deyil. Deputatlar çalışır ki, görüşdüyü, təmasda olduğu, telefonla danışdığı seçicilərin qayğısına qalsın. Deputatda yenə də məmurlara müraciət edir. Və məmurlara müraciət edərkən bildirirlər ki, bu insanların xahişi tələbi ədalətlidirsə, deməli bunu ədalətlə həll etmək lazımdır. İstər icra strukturlarının məmurları, istər hüquq-mühafizə orqanlarına işləyən insanlar, istərsə də məhkəmədə işləyən insanlar, hakimlər, sədrlər daha çox diqqətli olmalıdırlar, daha çox insanlara fikir verməlidirlər, daha dəqiq problemə baxmalıdırlar və problemi həll etməlidirlər.”


Deputatın sözlərinə görə, bəzi məmurlar və bəzi vəzifəli şəxlər öz vəzifələrinin dərk etməyib və tam başa düşməyib:

“Biz çalışıb gedən islahatlardan dərs götürməliyik və başa düşməliyik ki, artıq geriyə yer yoxdur. Əgər biz istəyirik ki, cənab prezidentin qoyduğu hədəflərə çataq, qoyduğu məsələləri həll edək, o zaman insaların problemin həll edək. Ancaq bunun yolu budur. Bəzi məmurlar və bəzi vəzifəli şəxlər öz vəzifələrinin dərk etməyib və tam başa düşməyib. Hər yerdə şəxsi maraqlarını , dövlət maraqlarından yüksək tutub. Ona gör də bu mübarizə davam etdirilir.Hətta bəzi çirkin əməlləri törədənlər bu ağır dönəmdə istifadə edib dövlətin əhaliyə ayırdığı yardımları mənimsəyirlər. Azərbaycanda uzun illərdir mübarizə kəskin formada getmirdi. Hər hansı məmurun həbs olunması nadir hallarda rast gəlinirdi. Ancaq indi son zamanlar nə qədər məmur həbs olunur və işdən uzaqlaşıdırılır. Artıq bəsdir bu qanun pozuntularınım qarşısı alınmalıdır. İnsanlar ədaləti tam hiss etməlidirlər. Bunlar başa düşməlidirlərki dövlət onlar üçün işləyir. Hər hansı məmur, hakim, hüquq mühafizə orqanının işçisi hansısa insanı incidirsə, bu insanlar tək ondan yox, dövlətdəndə narazı qalırlar. Ona görə ki, onlar fikirləşirlər ki bu yüksək rütbəli insan mənim maraqlarımı tapdalayır, öz maraqlarını və ya tapşırıqla olan bir işi bu formada görürsə bu öz yerində deyil. Yerində deyilsə bu bura təyin olunan gündən öz işini tam şəffaf formada qura bilməyib.


Belə görünür ki, bu proses davam edəcək. Arzu edərdim ki, belə kəskin formada getməsin, ibrət dərsi alan vəzifəli şəxslərdə başa düşsünlərki geriyə yol yoxdur. Bu islahatlar dərinləşəcək, şaxələnəcək. Burada əsas amal odurki, xalqı, seçiciləri biz razı salaq, çalışaq onların problemlərin həll edək.


Tənqiddən düzgün dərs çıxarmaq lazımdır. Hər bir tənqidin müsbəti ondan ibarətdirki, insan başa düşməlidirki hansı səhvlərə yol verib və bu səhvləri təkrar etməsin. Hər hansı bir dövlət məmuru hansısa səhvlər ediblərsə hələdə gec deyil, öz səhvlərini başa düşüb yanlış yoldan çəkinsinlər.