Deputat ordenlə təltif olunub

Milli Məclisdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin depuatı, MDB Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizm və İdman üzrə” daimi komissiyasının üzvü Rauf Əliyevə MDB Parlamentlərarası Assambleyasının “Birlik” Ordenini təqdim edib.

XALQ.AZ xəbər verir ki, Rauf Əliyev bu ordenlə MDB Parlamentlərarası Assambleyası Şurasının qərarı ilə MDB məkanında əməkdaşlığın inkişafına verdiyi töhvəyə görə təltif olunub.

Orxan