Deputat Parlamentə “Lamborghini” ilə gəldi-Foto-Video

Türkiyə Ədalət və İnkişaf Partiyasının Sakaryadan seçilən millət vəkili, sabiq idmançı Kənan Soğuoğlu parlamentə lüks avtomobili ilə gəlib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, president Rəcəb Tayyib Ərdoğanın təkidi ilə idman karyerasına son qoyan K.Sofuoğlu “Lamborghini” markalı avtomobili ilə bütün diqqətləri üzərinə çəkib.

O, millət vəkilliyinə sənədləşdirmə işlərini tamamlamaq üçün ilk dəfə Türkiyə Böyük Millət Məclisinə gəlib.

Qeyd edək ki, Kənan Sofioğlunun avtomobilinin Türkiyədə satış qiyməti 5 milyon tl-dir (təxminən, 1 819 000 manat).

Millət vəkili parlamentə "Lamborghini" ilə gəldi - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.