Deputat parlamentlərarası işçi qrupuna rəhbər seçildi

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, göstərilən bu yüksək etimada görə Milli Məclisin rəhbərliyinə və deputat həmkarlarıma təşəkkürümü bildirirəm. Dövlətimizin dəstəyi və işçi qrupun üzvlərinin birgə səyləri ilə bu etimadı doğrultmağa çalışacağam