Deputat qəbul keçirib

Deputat Novruz Aslanov iyulun 3-də İsmayıllı rayonuna növbəti səfərini edib, rayonun Aşağı Zərnava və Külüllü kəndlərində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

XALQ.AZ xəbər verir ki, qəbula gələn sakinlər əsasən Zərnava kəndində təbii qaz, su və yol problemi barədə millət vəkilinə müraciət ediblər. Millət vəkili əlaqədar qurumlara bu problemlər barədə məlumat veriləcəyini bildirib.

 

Orxan