Deputat seçicilərin problemlərini həll etdi

nesibb

 XALQ.AZ xəbər verir ki,109 saylı Balakən seçki dairəsindən olan  Milli Məclisin deputatı Nəsib Məhəməliyev silsilə görüşləri çərçivəsində Balakən rayon Heydər Əliyev Mərkəzində Balakən şəhərindən olan seçicilərlə görüş keçirmişdir.

Görüş zamanı seçiciləri qəbul edən millət vəkili seçicilərin şikayətlərini dinləmiş, onlara lazımi hüquqi məsləhətlər vermiş, aidiyyatı üzrə şikayətlər müvafiq qurumlara çatdırılmışdır. Bəzi şikayətlər isə elə deputat tərəfindən rayon idarə və müəssə rəhbərlərinə çatdırılmaqla elə yerindəcə həll edilmişdir. Şikayətçilər əsasən yolların asfatlaşdırılması, evlərə telefon və internet çəkilişinin mümkün olmaması, Bakı şəhəri və xarici ölkələrdə tibb yardımın keçməsi və maddi yardımla bağlı olmuşdur.

Görüş zamanı seçicilərlə söhbət edən deputat cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə məlumat verərək dövlət başçısının həyata keçirdiyi siyasəti sakinlərə hərtərəfli şəkildə izah etmişdir. Sakinlərlərdə balakənliləri cənab prezidenti müdafiə etdiyini bildirərək dövlətin siyasətini hər zamanki kimi yüksək səviyyədə dəstəklədiklərini bildirdirmişlər.

n
nn

XALQ.AZ