Deputat seçicilərin problemlərini həll etdi-Fotolar

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə görüş keçirib. XALQ.AZ xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat, problemlərini dinləyib, müraciətləri qeydə alıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər müvafiq icra orqanlarına yönəldilib. Deputat görüş zamanı qeyd bildirib ki, söz verdiyimiz kimi, sizin problemlərinizlə yaxından maraqlanmağa davam edəcəyik və bunu özümüzə borc bilirik. Qanun çərçivəsində və deputat səlahiyyətlərim daxilində bu problemlərin həllinə nail olmaq üçün var gücümüzlə çalışacağıq.

XALQ.AZ