Deputat seçicilərlə görüşdü-Lənkəranda yeni iş yerləri açılacaq

Rufet Quliyev

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatı Rüfət Quliyev Lənkəran şəhərindəki “Deputatın qəbul otağı”nda seçicilərlə 9+1 formatında görüş keçirib.
XALQ.AZ məlumat verir ki,görüşdə Milli Məclisin deputatı, professor Rüfət Quliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlardan Milli Məclisin fəaliyyətindən ətraflı danışıb iştirakçıları məlumatlandırıb.
Görüşdə deputat Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi gördüyü çoxsaylı işləri önəmə çəkmişdir.Qeyd olunmuşdur ki, parlamentin bu işçi qrupu ilə Ukrayna Ali Radasının analoji işçi qrupu ilə videokonfransların keçirilməsi ənənə halını alıb ki, bu da iki ölkə arasındakı hərtərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verir. Görüş zamanı deputat qəbula gələnlərin problemləri dinlənilib. 3 nəfərin sosial yardım məsələsinin həlli istiqamətində real addımlar atılıb məsələlər nəzarətə götürülüb. 2 nəfər imkansız ailənin evinə qaz çəkilməsi məsələsi elə görüş prosesində öz müsbət həllini tapıb.Görüşdə Emerald şirkətinin rəhbərləri də iştirak ediblər.Bu şirkətin məqsədi yaxın vaxtlarda Lənkəranda tikinti və dizaynla əlaqədar yeni iş yerləri açmaq, rayonun iqtisadiyyatının inkişafına töhfə verməkdir.

На изображении может находиться: один или несколько человек, люди сидят, гостиная, стол и в помещении, текст «REDMINOTE8 8 REDMI NOTE AI QUAD CAMERA»

XALQ.AZ