Deputat seçicilərə səsləndi

Millət vəkili Bəhruz Məhərrəmov yenidən seçicilərinə, biləsuvarlılara müraciət, çağırış edib.

XALQ.AZ müraciəti olduğu kimi, təqdim edir:

“Sizlər mənim üçün dəyərlisiz, ona görə də hər bir məktuba həssas yanaşır, hər bir məktuba vaxt itiririk. Təəssüf ki, aidiyyatı olmayan məsələlər, həll edə biləcəyimiz problemlərdən daha çox vaxtımızı alır, ümumi işimizin faydalılıq əmsalı azalır. Mən ünsiyyətimizi aylıq qəbul səviyyəsinə endirmək istəmirəm.Tərəfdarıyam ki, seçici deputatına asan çıxış imkanına malik olsun, necə ki, indi bizdə elədir. Lakin, müraciətinizin məzmunu da mənim səlahiyyətimə aid olmalıdır ki, yardımçı ola bilim.

Mən Sizin problemləri hökumət qarşısında qaldırmağa borclu olan insanam, hökumətin addımlarına görə cavabdeh olan vəzifəli şəxs deyiləm. Xahiş edirəm bu amili unutmayaq.

Əziz dostlar, bütün bunları nəzərə alaraq, səlahiyyətimə aid olmayan, yaxud birbaşa İcra və ya Məhkəmə hakimiyyətinin səlahiyyətinə aid olan məsələlərlə müraciət etməməyinizi xahiş edirəm. Diqqətinizə və anlayışınıza görə çox sağ olun”.