Deputat seçiciləri ilə onlayn görüş keçirdi – FOTO

Milli Məclisin deputatı Vüqar İskəndərov seçiciləri ilə onlayn formada görüş keçirərək, onların müraciətlərini dinləyib. 


XALQ.AZ xəbər verir ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, millət vəkili onları diqqətdən kənarda qoymayıb. 113 saylı dairənin seçiciləri öz müraciətlərini daha asan formada, evlərində oturaraq çatdırmaq imkanı əldə ediblər.


Seçicilərin müraciətləri, əsasən, sosial məsələlər, mənzil şəraiti, kommunal problemlər və s. məsələlərlə bağlı olub. Onlayn görüşdə qaldırılan məsələlər dinlənilərək araşdırılması və həlli üçün aidiyyatı qurumlara yöndərilməsi məqsədi ilə qeydiyyata alınıb. 


Deputat Vüqar İskəndərovun seçiciləri ilə onlayn görüşlərinin  növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulur.  

XALQ.AZ