Deputat seçicilərin problemini həll etdi

Deputat Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili Naqif Həmzəyevin seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub.XALQ.AZ məlumat verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini səbrlə, təmkinlə, qayğı ilə dinləyib. Məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb.

Millət vəkili ilə onlayn görüşə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri də qoşulub. Gənclər problemləri ilə bağlı millət vəkilinə müraciət ediblər. Gənclərin müraciətlərinə həssaslıqla yanaşan millət vəkili mövcud problemlərin yoluna qoyulması ilə bağlı lazımi addımların atılaçağını bildirib.

Qəbul zamanı vətəndaşlara ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə edilib.

На изображении может находиться: 1 человек, сидит и в помещении
На изображении может находиться: 1 человек, сидит, телефон и костюм
На изображении может находиться: 1 человек, в помещении
На изображении может находиться: 1 человек, сидит и в помещении
На изображении может находиться: 1 человек, сидит и в помещении

XALQ.AZ