Deputat seçicilərin problemlərini həll etdi

Milli Məclisin deputatı Tamam Cəfərova seçicilərlə görüş keçirdi.

XALQ.AZ-ın məlumatına görə sentyabr 18-də millət vəkili Tamam Cəfərova Şamaxıda Deputat Qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara əməl edilməklə ilk dəfə vətəndaşların qəbulunu keçirmişdir. Deputat 15 nəfər seçicini qəbul etmiş, onların problemlərini dinləmişdir. Seçicilərin müraciətləri internet, məşğulluq, zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması, əlillik dərəcəsinin təyin olunması prosesində mövcud olan problemlər, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olmuşdur. Vətəndaşların müraciətləri qeydə alınmış, bəzi məsələlər yerindəcə həll edilmiş digərləri ilə əlaqədar aidiyyatı qurumlar qarşısında tezliklə məsələ qaldırılacağı bildirilmişdir.

XALQ.AZ