Deputat seçicilərin problemlərini həll etdi-Onlayn görüş keçirildi

Evdəqal təlimatına əməl edən Nizami sakinləri ilə ilə onlayn görüşlər həyata keçirilir.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayevə seçicilərlə onlayn görüş keçirib.

Deputat qeyd edib ki, ölkəmizin bu ağır günündə, pandemiyanın davam etdiyi vaxt ərzində seçicimizi diqqətdən kənarda qoymamağa çalışırıq.

Belə ki, bu gün hamımız üçün dəyərli olan, vətənimizin müdafiəsi uğrunda həyatlarından, sağlamlıqlarından keçən şəhidlərimizin və əlillərimizin ailə üzvlərinə də baş çəkib onların ehtiyacları ilə maraqlanıb, köməklik göstərdik.

Eyni zamanda bəşəriyyət üçün böyük faciələrdən olan Çernobıl qəzasının 34-cü ildönümü ərəfəsində, həmin faciənin aradan qaldırılmasında iştirak etmişNizami rayon sakinləri ilə görüşərək onların zəruri ehtiyaclarını qarşıladıq.

Həmçinin, bu gün ərzində əvvəlcədən elan etdiyimiz onlayn görüşün nəticəsi olaraq, Nizami rayon sakinlərindən ?? nəfərini dinləyərək, onların qaldırdıqları problemlərin əksəriyyətini operativ şəkildə həll etdik.

На изображении может находиться: 1 человек, сидит


На изображении может находиться: 1 человек, сидит


На изображении может находиться: 1 человек, сидит и в помещении

XALQ.AZ