Deputat seçicilərin problemlərini həll etdi -Onlayn görüş

Evdəqal təlimatına əməl edən Səbail sakinləri ilə ilə onlayn görüşlər həyata keçirilir.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai seçicilərlə növbəti onlayn görüş keçirib.

Xəbər verdiyimiz kimi, millət vəkili Nigar Arpadarai hər həftə seçicilərlə görüşlər keçirir. Deputat bildiribki, mənim üçün çox dəyərli olan Səbail sakinləri ilə ünsiyyətimi davam etdirirəm. Ölkədə olan karantin vəziyyəti ilə bağlı üzbəüz görüşlərimiz az olsa da, onlayn olaraq bütün müraciətləri cavablandırmağa çalışıram. Bu gün də bir qrup Səbail sakini ilə danışdıq, onları narahat edən problemləri həll etməyə çalışdıq.

Əziz Səbaillilər, ölkəmizin bu çətin günündə yanınızdayıq. Xatırladıram ki, mənə ünvanladığınız müraciətlərinizi 070 3745115 whatsapp nömrəsinə göndərə bilərsiniz.

На изображении может находиться: 1 человек, сидит

XALQ.AZ