Deputat seçicilərin problemlərini həll etdi

Milli Məclisin deputatı Kamran Bayramov seçicilərlə onlayn görüş keçirdi.

XALQ.AZ-a millət vəkili Kamran Bayramov bildirib ki, Daşkəsən şəhərindən olan seçicilərlə onlayn görüş keçirtdik, onları dinlədik, əsasən məşğulluq, təhsil, yol çəkilişi, internet rabitəsi və digər məsələlər qaldırıldı, onlar qeydiyyata alındı, onlayn görüşümüzə bəzi aidiyyəti yerli qurumların nümayəndələri də qatıldı. Eyni zamanda, tərəfimizdən həm seçicilərə, həm də yerli qurumların nümayəndələrinə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verildi, karantin rejimi zamanı müəyyən edilmiş tələblərə və tətbiq olunmuş məhdudiyyətlərə ciddi riayət olunması və əhali arasında müvafiq maarifləndirmə işinin gücləndirilməsi xahiş olundu.

На изображении может находиться: 1 человек, сидит, экран, офис, стол и в помещении

На изображении может находиться: 1 человек, сидит, экран, офис и в помещении
На изображении может находиться: 1 человек, в помещении

XALQ.AZ