Deputat seçicilərlə görüş keçirdi-Fotolar

Qobustan rayonu üzrə vətəndaş qəbulları davam edir.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Şahin Seyidzadə sentyabrın 22 və 23-də Qobustan rayonu Bədəli, Cəmcəmli,Sədəfli, Poladlı, Yekəxana,Təsi Ərəbqədim, Nardaran, və Şıxzamanlı kəndlər və İlanlı qəsəbəsindən olan müraciət əsasında seçicilərlə görüş keçirdib. Qobustan İcra başçsının müavini, icra nümayəndələri iştirakı ilə keçirilən görüşdə seçicilərin müraciətləri dinlənilib və həlli istiqamətində icraata başlanılıb.

Məlumat üçün qeyd edək ki, Millət vəkili Şahin Seyidzadə cari ayda təmsil etdiyi seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan kənd və qəsəbələrdən sakinlərlə 16 və 18 sentyabr tarixlərində qəbullar keçirmişdir.

XALQ.AZ