Deputat seçicilərlə görüşdü

70 saylı Masallı şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Masallı rayon qərargahında seçiciləri qəbul edib.

XALQ.AZ xəbər verir ki, 15 seçicinin iştirak etdiyi qəbulda şəhid ailəsi və qazilər də iştirak edib.

Görüşdə vətəndaşların müraciətləri qeydə alınmışdır və ən qısa zamanda həllini tapmaq üçün aidiyyatı üzrə müvafiq qurumlara ünvanlandırılacaqdır. Bəzi mürəcaiətlər yerindəcə həllini tapmışdır.