Deputat seçilən Nigar Arpadarai istefa verir

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Report-a BŞH rəsmisinin özü məlumat verib.

N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda Formula-1 üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.