Deputat: “Siyasi münasibətlərin sağlam zəmində qurulması cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir.

Bu islahatlar idarəetmədə çevikliyin artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. Milli Məclisin deputatı Fatma Yıldırım XALQ.AZ -a bilidirb ki, bu kontekstdə siyasi islahatlar kursu da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir. Parlament səviyyəsindəki islahatlar da milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Şübhəsiz ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılan addımlar cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Düşünürəm ki, ölkəmizdə yeni siyasi partiyaların qeydiyyata alınması da yeni siyasi münasibətlərin bariz nümunəsidir. Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması müsbət haldır. Bu, həmçinin ölkəmizdə siyasi plüralizmin və çoxpartiyalı sistemin daha da güclənməsini göstərər. Hesab edirəm ki, yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində növbəti addımdır deputat bildirib.