Ümumiyyətlə, Azərbaycanda ət istehsalı kifayət qədər aşağı düşüb. Ət istehsalı ilə əlaqədar olaraq müəyyən problemlər var. Biz xaricdən də ət idxal edirik, ola bilər ki, qiymət artımı buna görə olsun”

Bunu   Milli Məclisi depuataı Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, Qurban bayramı ərəfəsində hər il olduğu kimi ətin qiymətinin süni şəkildə qaldırıldığını bildirib:

“Hər il olduğu kimi Qurban bayramı öncəsi qiymətləri qaldırırlar. Bilirlər ki, insanlar qurban əti almağa məcburdur. Ona görə də sahibkarlar bu cür addımlar atırlar. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət artımı ilə bağlı müəyyən monitorinqlər aparır. Amma buna baxmayaraq görürsən ki, yenə də sui-istifadə halları var. Çox təəssüf ki, Azərbaycanda bu artıq adi hala çevrilib. Hamımız azərbaycanlıyıq, ona görə çalışmaq lazımdır ki, insanlar qurbanlarını normal şəkildə alıb kəsə bilsinlər”.


media-ads-728x90

Bənzər xəbərlər