Deputat şəhid ailələri ilə görüşdü-Fotolar

Milli Məclisin deputatı Kamal Cəfərov şəhid ailələri ilə görüşüb.

Deputat bilidirb ki,hər bir şəhidimizin döyüş şücaəti, cəsarəti, qəhrəmanlığı özünəməxsusdur və qürurvericidir. Şəhid mayor Məmmədov Anar Daşaltı istiqamətində 26 nəfər əsgəri mühasirədən çıxarıb, bütün qumbaralarını istifadə edib və sonda əsir düşməmək üçün özünü tapança ilə öldürüb. Qaraqaşlı məktəbində informatika müəllimi işləmiş şəhidimiz Elxan Rzayev Cəbrayıl istəqamətində qəlpə yarası almasına baxmayaraq, öz şəxsi təşəbbüsü ilə Qubadlı istiqamətində hücumda iştirak edib və şəhid olub. Tezliklə hər bir şəhidimizlə bağlı geniş məlumat paylaşacağam. Çünki bu cür qəhrəmanlıqları hər kəs bilməlidir. Hər bir şəhid ailəsini narahat edən bütün məsələləri qeyd etdim. Növbəti həftə ərzində həmin məsələlərin həllinə nail olmağa çalışacağam. Hesab edirəm ki, qeyd etdiyim bütün məsələlər müəyyən təşəbbüslə tam həll edilə bilər və edilməlidir. Şəhid ailəsinin heç bir qayğısı olmamalıdır. Növbəti həftə Sabirabaddan olan və hazırda Bakı şəhərində yaşayan 5 şəhid ailəsini də ziyarət edəcəyəm. Növbəti mərhələdə isə 63 saylı Sabirabad birinci seçki dairəsindən olan 42 qazimizi ziyarət edəcəyəm deyə deputat qeyd edib.