Deputat şəhid ailələrini ziyarət etdi-Fotolar

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailələrini ziyarət etdi.

XALQ.AZ xəbər verir ki,deputat Bərdə rayon şəhidləri – gizir Yusifzadə Xudayar Müslüm oğlu, çavuş Zeynalov Turqut Fikrət oğlu, əsgər Yusibov Elməddin Mahir oğlu, gizir Tağızadə Cahid Vahid oğlu, gizir Naibov Devran Fazil oğlu, əsgər Nadirov Rəşad Nadim oğlu, çavuş Rzayev Ceyhun İsmayıl oğlu, əsgər Baxşəliyev Nicat Ziyafət oğlu, çavuş Quliyev Mehman Telman oğlu, çavuş Paşayev Ramil Şakir oğlu, çavuş Nağıyev Yusif Bərxudar oğlu, gizir Mustafayev Əkbər Natiq oğlu və çavuş Əlizadə Nofəl Qənbər oğlunun ailələrini bir daha ziyarət edib, onların kədərlərini bölüşük, igid oğullarımızın əziz xatirələrini yad edib. Görüşlərdə ailə üzvlərinin qəhrəmanlarımız haqqında qürurla danışdıqları həyat hekayələri dinlədilib və onların vətənpərvərliklərinə bir daha heyran olduq deyəmillət vəkili qeyd edib.

Şəhid övladı ilə qürur duyan anaların əllərindən öpür, atalarının qarşısında baş əyirik.

Daim şəhidlərimizin ailələrinin qayğısına qalmalı, problemləri ilə yaxından maraqlanıb həlli üçün əlimizdən gələni etməliyik.

Ziyarətlərimiz davam edəcək.Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!

XALQ.AZ