Deputat şəhid və qazi ailələri ilə görüşdü-Fotolar

Milli Məclisin deputatı Jalə Əhmədova şəhid və qazi ailələri görüş keçirib.

Deputat bildirib ki, öz şücayəti ilə seçilən Salyanımızdan olan şəhid ailələrini və qazilərimizi ziyarət davam edir.

Onların həyat və döyüş yolunu dinləyərkən birdaha anladım ki, bu Vətən yenilməzdir!

Vətən müharibəsinin şanlı qələbəmizlə yekunlaşmasının səbəbkarları məhz igid şəhid və qazilərimizdir! Biz onlara ömür boyu borcluyuq. Görüşlərimiz zamanı şəhid ailələrini və qazilərimizi narahat edən bütün məsələləri qeyd etdim və ən qısa zamanda onların həllinə nail olmağa çalışacağam. Şəhid ailələrinin və qazilərimizin bütün qayğıları biz vətəndaşlar və dövlətimiz tərəfindən təmin edilməlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizi isə özü qorusun!

XALQ.AZ