Deputat təcili yardım işçilərinə zorakılıqdan danışdı

“Bir neçə gün öncə, Bərdədə təcili yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.
Bunu Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov deyib.
XALQ.AZ-IN məlumatına görə o, qeyd edib ki, iş başında təcili tibb yardım işçilərinə zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir:
“Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur”. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb:
“Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.