Deputat təkliflər verdi

Bu gün, Milli Məclisinin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə “Könüllülər ili” ilə əlaqədar gənclər təşkilatının fəaliyyəti haqqında onlayn konfrans keçirildi. Konfran Milli Məclisin deputatlarının Gənclər Fondu və gənclər təşkilatlarının iştirakı ilə keçirildi. XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyev bır sıra təkliflərlə çıxış edib. Deputat qeyd edib ki, könüllülük hərəkatı Azərbaycanda dünyaya nisbətən yeni olsa da, artıq ciddi əsaslara malikdir. 1998-2000-ci illərdə ölkəmizdə könüllülük fəaliyyəti üçün hüquqi baza yaradılıb. Hazırda biz müxtəlif idman, mədəniyyət tədbirlərində böyük təcrübə qazanmış gənclərdən ibarət könüllülər ordusuna malikik. Bugün keçirdiyimiz videokonfrans ‘Könüllülər ili”nə həsr olunmuşdu. Bir sıra təkliflər səsləndirildi ki, Milli Məclisin Gənclər və idman komitəsində ətraflı müzakirə olunacaq. Mənim təklifim isə bundan ibarətdir ki, qanunda könüllülərin tibbi sığortası əks olunsun. Könüllülük fəaliyyəti ictimai əsaslıdır və fədakarlıq tələb edir. Fikrimcə, könüllünün tibbi sığorta ilə təminatı olduqca vacibdir.

На изображении может находиться: 7 человек

На изображении может находиться: один или несколько человек, люди сидят, экран и в помещении

На изображении может находиться: один или несколько человек, люди сидят и в помещении

XALQ.AZ