Deputat ÜTT-yə qoşulmaqda tələsməməyə çağırdı

Dünyada az ölkələr var ki, qısa zaman kəsiyində adambaşına düşən məhsul üzrə artıma nail olublar. Bu dövlətlərdən biri də Azərbaycandır.

XALQ.AZ xəbər verir ki, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxşı zamanı akademik, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, bu gün qloballaşan dünyada “ikili oyunlar” gedir.

“Dünyanın aparıcı, super dövlətləri özlərinin yaratdıqları Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün prinsiplərini pozurlar. Bir çoxları proteksionist siyasət yeridirlər. Eyni zamanda, son illər Azərbaycanın da bu təşkilata daxil olması iqtiqamətində işlər, danışıqlar davam etdirilir.

Amma ölkəmizin həmin təşkilata daxil olmasının sürətlətləndirilməsi çağırışlarını anlamıram. Çünki qeyd etdiyim kimi, bu çağırışı səsləndirənlərin özləri bir çox hallarda ÜTT-nin prinsiplərini açıq-aşkar şəkildə pozurlar.

Qloballaşan dünyada dünyanınn əksər ölkələri milli maraqlara daha çox üstünlük verirlər”, – deyə komitə sədri əlavə edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.