Deputat vətəndaşların problemlərin həll etdi

Bu gün Milli Məclisdə təmsil etdiyim Abşeron və Qobustan rayonları üzrə müraciətlər əsasında keçirilən videoqəbulda 15 vətəndaş iştirak etdi.

Bunu XALQ.AZ-a  açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Qeyd edib ki, Abşeron rayonu (Ceyranbatan, Hökməli və Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan rayonundan (Çuxanlı, Nabur, Şıxzahırlı, Təsi və Xilmilli kəndləri) infrastruktur, kommunal idmətlər, sosial müavinət, idman, hüquq, əmlak və ictimai birlik məsələləri üzrə daxil olan müraciətlər əsasında sakinlərimizin qəbulu həyata keçirildi.

İlkin olaraq müraciətlər əsasında ətraflı fikir formalaşdırılması üçün suallar verildikdən sonra növbəti addımların təyin edilməsi ilə bağlı danışıqlar aparıldı. Qeyd edim ki, xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq videoqəbullar onlayn formada keçirilməyə davam edəcək”-deyə, o, əlavə edib.

XALQ.AZ