Deputat videokonfrans keçirdi-Fotolar

İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi. XALQ.AZ xəbər verir ki, görüşdə Qənirə Paşayeva dedi ki, Azərbaycan ilə Pakistan dost və qardaş ölkələrdi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan dövlətdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar əlaqələr çox yüksək səviyyədədir. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, biz bu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.
Bildirildi ki, ümummilli lider Heydər Əliyevin başladığı yolu, Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi beynəlxalq səviyyəli bir sıra onlayn görüşlərdə COVİD-19-la mübarizəyə xüsusi diqqət yetirir.
Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd edib.
Görüşdə deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışıb. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Deputat Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
Pakistan İslam Respublikası Parlamentinin Senatının ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi Məhəmməd Talha Mahmud görüşə görə minnətdarlığını bildirdi. Parlamentlərarası əlaqələrin inkişafı, neft-qaz hasilatı, enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydalarından söz açıb. Siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunuduğu deyib. Pakistan-Azərbaycan ələqələrinin inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. O, video-görüşdə əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Məhəmməd Talha Mahmud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Video-görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Ceyhun Məmmədov, Eldəniz Səlimov, Ülviyyə Həmzəyeva, Azər Badamov, Bəhruz Məhərrəmov, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər.

На изображении может находиться: 1 человек, сидит, стол и в помещении

На изображении может находиться: 12 человек, текст
На изображении может находиться: 5 человек, в том числе Nermin Ekberli

На изображении может находиться: 5 человек, борода и в помещении

XALQ.AZ