Deputat vətəndaşların probləmlərini həll etdi

Milli Məclisin deputatı Könül Nurullayevə vətəndaşların qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili şəxsi facebook səhifəsində məlumat paylaşıb. Deputat məlumatda qeyd edib ki, Bakı şəhəri Nizami rayonu, eyni zamanda digər rayonlardan Deputat Qərargahıma daxil olan müraciətləriniz əsasında növbəti qəbulumuzu reallaşdırdıq.

Görüşlər zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında məşğulluq, maddi yardım edilməsi, binalarda təmir-abadlıq işlərinin aparılması və sosial təminat məsələləri yer almışdır. Nəzərinizə çatdırıram ki, vətəndaşların müraciəti qeydə alınmışdır, qısa zamanda sözügedən müraciətlər müvafiq qurumlara ünvanlandırılacaqdır.

XALQ.AZ