Deputat vətəndaşların probləmlərini həll etdi

Milli Məclisin deputatı Könül Nurullayevə vətəndaşların qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili çəxsi facebook səhifəsində məlumat paylaşıb. Deputa məlumatda qeyd edib ki, Bakı şəhəri Nizami rayonu, eyni zamanda digər rayonlardan Deputat Qərargahıma daxil olan müraciətləriniz əsasında növbəti qəbulumuzu reallaşdırdıq.

Sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq onlayn formatda baş tutan əvvəlki qəbullarımızdan fərqli olaraq, bugünki qəbulumuz canlı şəkildə həyata keçirildi.



Həftə ərzində, onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxdıq, onlardan bəzilərini canlı görüşümüz zamanı dinlədik. Daxil olan və dinlənilən müraciətlərin böyük bir qismi məşğulluq, sosial yardım və təminat mövzularını əhatə etmişdir. Qeyd edilən müraciətləri müvafiq qurumlara təqdim etmək məqsədilə nəzarətə götürdük.

Возможно, это изображение (стоит и офис)


 

XALQ.AZ