Deputat: “Xəmiri yalanlarla yoğrulmuş ermənilər yavaş-yavaş düz danışmağa öyrənirlər”

nesibb

Paşinyanın parlamentdəki çıxışı və erməni ordusunun xeyli itkilər verərək geri çəkilməsi barədə etirafları, bu millətin psixologiyasında ümidverici müsbət dəyişikliklərin işartılarını göstərir. Milli Məclisin deputatı Nəsib Məhəməliyev XALQ.AZ-a açıqlamasında bildirib ki, xəmiri yalanlarla yoğrulmuş ermənilər yavaş-yavaş düz danışmağa öyrənirlər. Bütöv nəsilləri, tarixdə olmayan dövlətləri, olmayan soyqırım, qeyri-adi məğlubedilməz millət olduqları barədə xəstə yalanlarla yetişdirmək və bundan sonra yalanları etiraf etmək məcburiyyətində qalmaq olduqca müşkül məsələdir. Eybi yox, Azərbaycan xalqı tədricən onları buna da alışdırar. Düşünürəm ki, gələcəkdə etirafların sayı daha da artacaq. Amma tarixin müxtəlif dönəmlərində xalq olaraq, ayrı-ayrı böyük dövlətlərin əllərində “maşa” rolunu oynadıqlarını dərk etsələr, ən böyük etirafları onda olacaq. Erməni xalqının yeganə nicat yolu, özlərinin və onlardan istifadə edənlərin uydurduqları yalanlardan imtina etmələrindədir. Əks halda, bu millət hər zaman bədbəxtliyə məhkumdur.