Deputat: “Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək”

anarr 2

COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi andan etibarən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır. Milli Məclisin deputatı Anar Məmmədov XALQ.AZ-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinin 130-dan çox ölkə tərəfindən dəstəklənməsi xüsusi qeyd olunmalıdır. Sevindirici haldır ki, ölkə başçısının təklifini dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyasının da həmin ölkələr sırasında olmağı pandemiyaya qarşı ölkəmizin həmrəylik mesajının qonşu dövlətlər tərəfindən də dəstəklənməsinin bariz nümunəsidir.