Deputat yardım aksiyasını davam etdirir-Fotolar

Koronavirus pandemiyasının davam etdiyi günlərdə imkansız ailələrin qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyası da bu xeyirxah aksiyanın ön sıralarında yer alanlardandır.

XALQ.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Elnur Allahverdiyev paylaşımı məhz bu haqdadır:

Dostlar, son 3 gündə konüllülərimiz əvvəlki yardım kampaniyalarımızda əhatə edə bilmədiyimiz 170 yeni ünvana ərzaq sovqatı çatdırıblar. Bu gün bu kampaniyanı uğurla sona çatdırdıq. Artıq bir ənənə halını alıb – aksiyalarımızı Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə keçiririk və bu işdə partiyanın yerli özəyinin gəncləri bizə dəstək olurlar. Bir daha təşəkkür edirik! Ölkəmizdə, şəhərimizdə karantin rejimi davam edir və biz də vəziyyətdən irəli gələn tələblərə riayət etməliyik. Məhdudiyyət olan yerdə təbii ki, çətinlik və ehtiyac olmalıdır. Gəlin kim bacarırsa, yaşlı və ehtiyacı olan vətəndaşlara əl tutaq, bu çətin günlərdən birgə çıxaq. Gücümüz birliyimizdədir!

Нет описания фото.
Нет описания фото.
На изображении может находиться: еда
На изображении может находиться: в помещении
Нет описания фото.

XALQ.AZ