Deputat zorlamaya görə həbs edildi

hebs

Rusiyada məhkəmə Stavropol dairəsi dumasının deputatı Anton Dubrovskinin həbs edilməsi barədə qərar çıxarıb.

ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o Rusiya Federasiyasının qanunverciliyinə uyğun olaraq, azyaşlını seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham olunur.

Verilən məlumata görə, Dubrovski 2013-cü ilin avqustunda sos-şəbəkədə hədd-buluğa çatmamış qızla tanış olub və özünü ona model agenti kimi təqdim edib. Bundan sonra deputat qızcığazı özünün Stavropoldakı mənzilinə apara bilib və mənzildə onun çılpaq halda şəkillərini çəkib. Bundan sonra Dubrovski qıza seksual xarakterli hərəkətlər eləməyə məcbur edib, əks təqdirdə çəkdiyi şəkilləri internetə yerləşdirəcəyi ilə şantaj edib. Bundan sonra isə o, qızcığaza seksual xarakterli hərəkətlər eləməyə başlayıb.

Hal-hazırda məsələylə bağlı araşdırmalar davam edir.