Deputatdan enerji içkiləri ilə bağlı təklif

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib.

XALQ.AZ xəbər verir ki, M.Quliyev deyib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.

Deputatın sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.