Deputatdan şağirdlərə karantin töhfəsi

Pandemiya ilə mübarizə çərçivəsində xüsusi karantin rejimində bütün yaş təbəqəsindən olan insanların evdə qalması vacibdir. Təbii ki,cənab Prezidentin çağırışlarına qoşulan hər bir vətəndaş kimi Milli Məclisin deputatı Vüqar İskəndərov da bu istiqamətdə rayon çərçivəsində atılan addımları dəstəkləyir və bəzi görülən işlərin təşkilatçılığını edir. Növbəti belə bir layihə ESSE yazı müsabiqəsdir.

XALQ.AZ-a verilən məluamata görə,Milli Məclisin deputat Vüqar İskəndərovun təşəbbüsü, Şəki şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə aprelin 20-nə kimi Şəkidə rayon məktəblərinin 8-11-ci sinifləri arasında “Dünəndən bu günə şərəfli tariximiz” mövzusunda esse yazı müsabiqəsi keçiriləcək.

Məktəblilərin evdə qalmaqla yazacağı bu esse 2000 işarədən çox olmamaqla hazırlanmalı və anarnagiyev86@gmail.com adresinə göndərilməlidir. Qaliblərin müəyyənləşdirilməsi Şəki şəhər Təhsil Şöbəsinin tövsiyyə etdiyi müəllimlər tərəfindən həyata keçiriləcək. Sonda ən yaxşı 3 yazı müəllifinə hədiyyə veriləcək və yazıları “Facebook” sosial şəbəkəsində #evdeqalsaglamqal və #bizbirlikdegucluyuk haştaqları ilə paylaşılacaq.