Deputatdan mühüm təklif

“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, məşhur ürək cərrahı Rəşad Mahmudov deyib. Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.

Deputat Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini irəli sürüb.

“Kəskin ürək-damar xəstəlikləri böyük bir populiyasiyanın problemidir. Və ciddi maliyyə dəstəyinə ehtiyac var. Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələr kəskin infraktlardır. Azərbaycanda kəskin infraktların müalicəsinin aparılması üçün yetəri qədər hüquqi baza var.

Xüsusi bir proqramla bu problemin həlli səhiyyə büdcəsi içərisində bəlkə də 1 faizin altında maliyyə gücü ilə bütün ölkədə olan təcili vəziyyətlərin həlli istiqamətində bizə böyük imkanlar verəcək”.

 

 

Orxan