Deputatdan təklif: “Dilənçilərə dövlət hesabına yemək verilsin”

“Dilənçilərlə bağlı məsələ olduqca vacibdir”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, koronavirusla bağlı karantin rejimi yumşalan kimi dilənçilər küçələrə çıxıb:

“Təklif edirəm ki, dilənçilər üçün sığınacaq yaradaq. Gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.