Deputatdan yüksək bal yığan qızla bağlı təqdirəlayiq addım

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

DİM-in açıqlamasına görə, imtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent test tapşırıqlarına düzgün cavab verib və maksimum, yəni 400 bal toplayıb. İmtahanda maksimum bal toplayan şagirdlərdən biri də Mingəçevir şəhər sakini Aysel Seyidəhmədovadır.

XALQ.AZ xəbər verir ki, bununla bağlı millət vəkili Aydın Mirzəzadə Aysel haqqında öz sosial şəbəkə hesabında paylaşım edib. O, Aysellə telefon bağlantısı quraraq onu təbrik etdiyini bildirib. Aydın Mirzəzadə abituriyentə hədiyyə alacağını da qeyd edib:

“Ali məktəblərə qəbul üzrə ikinci imtahanlarda I qrupda Mingəçevir şəhər 8 saylı məktəbin məzunu Seydəhmədova Aysel Rauf qızı maksimum – 400 bal yığıb.

İndi Ayselin telefon nömrəsini taparaq ona zəng etdim, özü və valideynləri ilə danışdım. Ata fəhlə, ana evdar qadındır, iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə əla qiymətlərlə oxuyur.

Valideynləri və Ayseli təbrik etdim, onlara gözaydınlığı verdim. Onun uğurunun tək özünün deyil, bütün Azərbaycan təhsilinin uğuru olduğunu bildirdim.

Ayselə hədiyyə etmək istədiyimi dedim və öz arzusunu soruşdum. Onun istəyi ilə ailələrinə lazım olan bir hədiyyə alınıb ailəyə təqdim ediləcək”.

 

Orxan