Deputatımız Rusiyaya gedir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının Sosial siyasət və İnsan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq.

XALQ.AZ xəbər verir ki, Milli Məclisdən  verilən xəbərə görə, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin Əmək və Miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək.

Deputatımız iclasda müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.