Deputatlar Çeçenistana səfər edəcək

Milli Məclisin deputatları – Cavanşir Paşazadə, Malik Həsənov və Hüseynbala Mirələmov oktyabrın 5-də Qroznı şəhərinin 200 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün Çeçenistanda səfərdə olacaqlar.

XALQ.AZ xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Deputatlar təntənəli yubiley tədbirinə qatılacaq, Qroznı şəhərinin tarixi ilə tanış olacaqlar.

 

 

Orxan