Deputatlar hərbçilərimizi belə təbrik etdi

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür.

1998-ci il  mayın 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub. Hazırda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün 95 illiyi, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ilə münasibətilə hərbi parad keçirilib.

Milli Məclisin deputatları hərbiçilərimizi belə təbrik etdilər:

XALQ.AZ sosial şəbəklərdən deputatların təbrikini təqdim edir.

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Bugün qürur mənbəyimiz – Silahlı Qüvəllər Günüdür. Hər bir əsgər və zabitimizin ən müqəddəs amalı işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Ən böyük hərbi hissəmizin Şuşada tikilməsi arzusu ilə Ordu günümüz mübarək! 

****

Milli Məclisin deputatı Rəşad Mahmudov

Dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını etibarlı şəkildə qoruyan, Vətən naminə müqəddəs və şərəfli xidmət göstərən bütün qoşun növlərinin şəxsi heyətini təbrik edir, fəaliyyətlərində uğurlar və zəfər arzulayıram!

****

Milli Məclisin deputatı Fatma Yıldırım

26 iyun – dövlətimizin əsas sütunu, suverenliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olan Silahlı Qüvvələr günüdür.Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ümummilli liderimizin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə maddi-texniki bazasının daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Uğurlu ordu quruculuğunun davamı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə son illər ordumuz düşmən üzərində tam hərbi üstünlüyə malik olduğunu sübut etmişdir. 2016-cı ilin aprel döyüşlərindəki şanlı hərbi qələbəmiz də təsdiqlədi ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır!Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan güclü dövlətdir və onun istənilən zaman düşmənə sarsıdıcı zərbələrlə cavab vermək iqtidarında olan qüdrətli ordusu var.
Əminəm ki, dövlətimizin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq tezliklə işğal edilmiş torpaqlarımız azad ediləcək və bu günü əzəli Qarabağ diyarımızda təntənəli şəkildə qeyd edəcəyik! Vətənin keşiyində dayanan bütün hərbi qulluqçularımızı təbrik edir, hər birinizə müqəddəs və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Silahlı Qüvvələr Gününüz mübarək!

****

Milli Məclisin deputatı Azay Quliyev

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə hər kəsi təbrik edir, xalqımızın qəhrəmanlıq ənənələrini yaşadan, daim vətənimizin keşiyində duran igid və rəşadətli əsgərlərimizə torpaqlarımızın işğaldan azad olunmasında möhtəşəm qələbə arzulayıram.

****

Milli Məclisin deputatı Ramil Həsən

Vətənimizin bütün hərbiçilərini və veteranlarını ürəkdən təbrik edirəm !
Allah sizləri qorusun.

****

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündür və hər il ölkəmizdə ümumixalq bayramı kimi qeyd edilir.
Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizi, veteranlarımızı və xalqımızı 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edirəm! Ordumuza tükənməz güc, qüdrət, xalqımıza birlik arzulayıram.

Mənim Atamın, Milli ordu quruculuğunda böyük səyləri və xidmətləri olmuşdur. O, Abdulla Qurbaninin dediyi kimi, canlı ensiklopediyadır
Tapdıq Həmzəyev Ata! Səni və silahdaşlarını ürəkdən təbrik edirəm!

****

Milli Məclisin deputatı Kamal Cəfərov

Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayıram.

****

Milli Məclisin deputatı Soltan Məmmədov

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan ordusu ən müasir silah və texnika ilə təchiz edilib, yüksək döyüş ruhu və intizamı ilə seçilir. Azərbaycan əsgəri işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir. Eşq olsun Azərbaycan ordusuna! Silahlı Qüvvələr Günümüz mübarək!

****

Milli Məclisin deputatı Ülvi Quliyev

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü !
Bu tarix, vətən uğurunda tarix yazanların günüdür.
Bütün şəhidlərimizi hörmətlə yad edir, veteranlarımıza minnətdarlığımı bildirir və Vətənimizi qorumaq üçün həyatını riskə atan hərbiçilərimizin mərdliyi ilə fəxr edirəm!
Aprel zəfəri zamanı döyüş qabiliyyətini təsdiqləyən güclü ordumuz, əsgər və zabitlərimizin döyüş ruhu, vətən sevgisi sayəsində tezliklə Qarabağımızın azad olunması arzusu ilə bayramınız mübarək !

****

Milli Məclisin deputatı Aydın Mirzəzadə

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə şanlı hərbiçilərimizi təbrik edirik. Əsgər və zabitlərimizin fədakarlığını yüksək qiymətləndirir və fəaliyyətləri ilə ərazi bütövlüyümüzün bərpa edilməsinin təmin edləcəklərinə inanırıq.

****

Milli Məclisin deputatı Ceyhun Məmmədov

26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu münasibətlə ordumuzun bütün əsgər və zabit heyətini, veteranları səmimi-qəlbdən təbrik edir, tezliklə torpaqlarımızın işğaldan azad olunmasını, növbəti Silahlı Qüvvələr Gününü Qarabağda Şuşada keçirməyi arzulayıram!

****

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

26 iyun Silahlı qüvvələr günüdür və haqlı olaraq hər il Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunur. Çünki silahlı qüvvələr, ölkəmizin hər bir ailəsinə birbaşa əlaqəsinin olması ilə yanaşı, hər birimizin qürur mənbəyidir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Silahlı qüvvələrin yaranma tarixi 26 iyun 1918-ci ildə Azərbaycan xalq cümhuriyyətinin, ,,milli ordunun yaranması,, ilə bağlı verdiyi fərmanla götürülür. Yarandığı andan dərhal, Qafqaz İslam ordusunun tərkibində Bakının işğaldan azad olunmasında, Qarabağda erməni daşnakları ilə mübarizədə əsl qəhrəmanlıq nümunələri göstərmişdir.
70 il Sovet dövründə dövlət müstəqilliyimiz olmadığı üçün milli ordumuz da olmamışdır. 1970-80-ci illərdə ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-na rəhbərlik etdiyi zaman, o dövrün siyasi konyukturasına xas olan siyasi-ideoloji maneələrə baxmayaraq, Naxçıvanski adına hərbi-liseyin yaradılmasına nail olmuşdur. Bununla da özünə məxsus uzaqgörənliklə, gələcək müstəqil Azərbaycan ordusunun kadr bazasının formalaşmasının əsasını qoymuşdur.
Hal-hazırda Milli ordumuz, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın 50 ən güclü orduları siyahısına düşmüşdür. Ən müasir döyüş silahları, texnika ilə təchiz olunmuş, şəxsi heyətin fiziki və taktiki hazırlığı, məişət şəraiti, psixoloji durumu ən yüksək səviyyədədir. Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur. NATO proqramları çərçivəsində və müxtəlif beynəlxalq hərbi yarışlarda ölkəmizi layiqincə təmsil edir, xalqımızın döyüş ruhunu, müqəddəs üç rəngli bayrağımızı dünyada nümayiş edirir. 2016-cı ilin aprel döyüşlərində və sonra Naxçıvan ərazisində düşmənə vurulan zərbə isə, müasir hərb tarximizə qızıl hərflərlə yazılmış səhifədir. Belə bir ordunun varlığı ilə, hər bir azərbaycanlı fəxr etməklə yanaşı, tam əmindir ki, silahlı qüvvələrimiz qarşıya qoyulan ən çətin vəzifənin öhdəsindən gələ bilər. Sadəcə inkar olunmaz bir həqiqət də var ki, müasir dünyanın bəzi mürəkkəb oyunları ilə hesablaşmalı, qlobal xarakterli məsələləri zərgər dəqiqliyi ilə ölçüb biçməlisən. İnanıram ki, milli ordumuzun əsas tapşırığı icra etməsi üçün münbit beynəlxalq şərait yetişəcəkdir və qələbə bayrağımız işğal olunmuş ərazilərimizdə dalğalanacaqdır. Bu tapşırığın icrası üçün vacib olan bütün əsaslar- siyasi, iqtisadi, hərbi, hüquqi, psixoloji faktorlar, insan resursları mövcuddur.
Bu gözəl ümumxalq bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev olmaqla, milli ordumuzun bütün şəxsi heyətini, sıravi əsgərləri, çavuşları, gizirləri, kiçik və böyük zabit heyətini, generalları və admiralları səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı və böyük qələbə sevinci arzulayıram!!!
Allah yardımçınız olsun!

*****

Milli Məclisin deputatı Nigar Arpadarai

Bu gün ölkəmizdə Silahlı Qüvvələr Günüdür!

Əziz əsgərlərimiz, zabitlərimiz, hərbi qulluqçularımız özünüzdən müğayət olun Vətən naminə şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram ! Bizi qoruduğunuz üçün çox sağ olun! Hörmətli veteranlarımız, güclü Azərbaycanımızın qurulmasında verdiyiniz tövhəyə görə çox sağ olun! Xahiş edirik, səhhətinizi qoruyun! Təbrik edirəm!

****

Milli Məclisin deputatı Kamran Bayramov

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi təbrik edirəm! Böyük qüdrətə, yüksək döyüş qabiliyyətinə malik olan Ordumuz xalqımızın fəxr və qürur mənbəyidir! Allah əsgərlərimizi və zabitlərimizi qorusun! Bayramımız mübarək!

****

Milli Məclisin deputatı Tahir Mirkişili

Dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan silahlı qüvvələri daim var olsun!

****

Milli Məclisin deputatı Könül Nurullayeva

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü münasibətilə ordumuzun bütün şəxsi heyətini təbrik edir, onlara möhkəm cansağlığı, müqəddəs və şərəfli xidmətlərində uğurlar arzu edirəm! Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət quruculuğunda mühüm nailiyyətlərindən biridir. Qeyd etmək istərdim ki, hərbi təhsil sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar ölkəmizdə mütəşəkkil və qüdrətli ordu yaratmağa imkan vermişdir və bu ordu quruculuğu prosesi bu gün də davam etdirilir.
Biz sevinirik ki, bugün ordumuzda hərbi andı hər şeydən uca tutan, şərəfli, mənəvi cəhətdən sağlam zabit və əsgərlər təmsil olunurlar.Qürurverici haldır ki, ????? ??????? maddi-texniki təchizatının yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi onların döyüş ruhunun yüksəlməsinə və hərbi vətənpərvərlik işinin güclənməsinə səbəb olmuşdur.

Bayramınız mübarək!

****

Milli Məclisin deputatı Məzahir Əfəndiyev

26 iyun – Silahlı Qüvvələr Günümüz mübarək!

Ordumuzun, xalqımızın düşmən üzərinə zəfər yürüşünə çıxacağı və üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb. Bəli, Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

****

Milli Məclisin deputatı Jalə Əhmədova

Başda Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Azərbaycan Respublikası Silahlı Qüvvələri gününü qeyd edən bütün sabiq və xidmətdə olan hərbçilərimizi və həmçinin veteranlarımızı, habelə mənə doğma olan Xüsusi Dövlət Mühafizə Xidmətini və bütün xalqımızı bu şərəfli gün münasibəti ilə təbrik edirəm. Keçmiş hərbçi kimi bu bayramı həm də özümə şamil edirəm, qeyd etməliyəm ki xidmət etdiyim dövürdə ləyaqətli, mərd, qürurlu və vətəninə sadiq hərbçilərimizi gördüm. Mövcud ordumuz dünyanın ən müasir silahlarına malik, güclü və öz nizam-intizamı ilə örnək olan ordudur. Dünya ölkələri arasında öz gücünə görə 50-ci yerdə yerləşən ordumuz cənab Prezident tərəfindən verilən istənilən tapşırığı yerinə yetirmək qabiliyyətindədir. Əminəm ki, bu gözəl günü ən qısa zamanda işğaldan azad olunmuş torpaqlarımızda qeyd edəcəyik.

****

Milli Məclisin deputatı Sevinj Fətəliyeva

Vətənimizin müdafiəsində duran bütün hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm!

****

Milli Məclisin deputatı İqbal Məmmədov

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə hər birinizi təbrik edirəm!

****

Milli Məclisin deputatı Vuqar İskəndərov

102 yaşlı Silahlı Qüvvələrimizi təbrik edirəm. Bizim ordumuzdan gözləntilərimiz çoxdur,hər birimiz həmdə əsgərik, hərbçilərimiz yanındayıq. Ali Baş Komandanımızın əmri ilə canımızdan,qanımızdan keçərək müqəddəs torpaqlarımızı geri qaytarmaq üçün hər an hazırıq. Ordumuzun böyüklüyünə, möhtəşəmliyinə ,güclü olmasına hər zaman eytiyac var.

Biz şərəf duyuruq ki güclü,qüdrətli ordumuz var!

****

Milli Məclisin deputatı Tural Gəncəliyev

Bütün xalqımızın Silahlı Qüvvələr Gününü təbrik edirəm!Fəaliyyətimizin kökündəki inam məhz qüdrətli Azərbaycan Ordusundan qaynaqlanır! Yolumuz Qarabağadır!

****

Milli Məclisin deputatı Emin Hacıyev

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
Bu gün Azərbaycanın güclü nizami ordusu və qüdrətli Ali Baş komandanımız var. Azərbaycan xalqının hər bir nümayəndəsi ordumuzun gücünə inanır və əmindir ki, əsgərlərimiz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanacaq.
Bu bayram günündə hər birinizi təbrik edir, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza sevgi və sayğımız sonsuzdur. Bayramımız mübarək!

****

Milli Məclisin deputatı Cavid Osmanov

26 iyun şanlı ordumuzun yaranma günü kimi qeyd olunur. Bu gün xalqımız üçün çox əlamətdar bir gündür. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz uğurlu inkişaf yolu keçmişdir, heç də təsadüfü deyil ki, bu gün ordumuz dünya reytinqi üzrə ön sıralarda yer alır. Həm maddi texniki bazasının möhkəmlənməsi, ən müasir silahlarla təchiz olunması, həmçinin infrastrukturun yenilənməsi bir daha Prezident İlham Əliyevin qayğısı ilə həyata keçib və qüdrətli bir orduya çevrilib. Ordumuz tərəfindən işğal olunmuş torpaqlarımız azad ediləcəyinə inanırıq və qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadirdir. Ordumuz öz gücünü aprel döyüşlərində göstərdi, qarşıya qoyulan vəzifələri icra edəcəkdir və bayrağımız yaxın gələcəkdə işğal olumuş torpaqlarımızda dalğanacağına inanırıq. Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edirəm şanlı qələbə sevincini yaşayacağıq!