Deputatlar iclasa maskada gəldilər

Milli Məclisin bugünkü plenar iclasına bütün deputatlar tibbi maska ilə qatılıb.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli təklif edib ki, parlamentin sədri Sahibə Qafarova iclası apardığı üçün tibbi maskanı çıxarsın.

Onun təklifi qəbul edilib, S.Qafarova taxdığı tibbi maskanı çıxarıb.