Deputatlar İsveçrəyə gedəcək

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün oktyabrın 14-dən 17-dək İsveçrədə səfərdə olacaqlar.

 

XALQ.AZ xəbər verir ki, Parlamentin mətbuat xidmətindən  verilən məlumata görə, Cenevrə şəhərində keçiriləcək toplantıda “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr keçiriləcək.

Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar olacaq.

Burada Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun Parlamentlərarası Assambleya İttifaqının baş katibi Martin Çunkonqla görüşü nəzərdə tutulub. Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputat Kamran Bayramov forumda iştirak edəcək.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.