Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.

 

XALQ.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatları çoxluq təşkil edərək parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi üçün səs veriblər.  Qərar layihəsi oxunduqdan sonra  səsverməyə çıxarılıb. Qərar layihəsi  lehinə 105 nəfər, əleyhinə isə 1 nəfər səs vererək  qəbul edilib.


media-ads-728x90

Bənzər xəbərlər