Deputatlar Polisləri belə təbrik etdi

polisss

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

nesibb 1

2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bu bayram münasibətilə Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla,xidmətdə olan şəxsi heyəti və veteranları səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı,xoşbəxtlik arzulayıram.
Adətən, funksional olaraq biz polis işçilərini cinayətkarlıqla mübarizədə, ictimai- siyasi sabitliyin qorunması, yol hərəkətinin nizamlanması və vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı keçirdiyi tədbirlərə görə qiymətləndiririk. Lakin koronovirus pandemiyası başlanan andan, polislərimiz əlavə olaraq gecə-gündüz, fərqli hava şəraitinə baxmadan ön cəbhədə mübarizə aparırlar. Karantin rejiminin tələblərinə uyğun olaraq, Covid-19 virusunun daha geniş areala yayılmasının qarşısının alınmasında əhəmiyyətli xidmət göstərirlər. Son dövrlərin bəzi xoşagəlməz hadisələri bir daha göstərdi ki, ölkə daxilində ictmai-siyasi sabitliyin pozulmasında maraqlı qüvvələr var və onun qorunmasında polisin rolu əvəzsizdir.
Hörmətli Polis işçiləri!
Bir daha Sizləri təbrik edirəm və hər birimiz üçün ən müqəddəs varlıq olan vətənə şərəfli xidmət arzulayıram. Düşünürəm ki, bu gözəl hissdir.
102 yaşlı Bayramınız mübarək!!!

****

Milli Məclisin deputatı Fatma Yıldırım

fatmaaa

Bu gün gecə-gündüz demədən dövlətimizin keşiyində duran, ölkədə sabitliyin təmin olunmasında misilsiz fədakarlıqlar göstərən Azərbaycan Polisinin bayramıdır. Polisimiz yarandığı 102 il ərzində şərəfli bir yol keçmişdir. Azərbaycan polisinin dövlətimizin suverenliyinə qarşı yönəlmiş xarici təhdidlərin, daxili təxribatların qarşısının alınmasında müstəsna rolu olmuşdur.Bu gün də ölkəmizi çətin sınaq qarşısında qoyan koronavirusla mücadilədə polislərimiz xüsusi fədakarlıq göstərir, vətəndaşlarımızı bu bəladan qorumaq üçün yorulmadan çalışırlar.

Azərbaycan polisini peşə bayramı münasibətilə təbrik edirəm! Çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm!

*****

Milli Məclisin deputatı Elnur Allahverdiyev

elnurrr

Polis cəmiyyətin təhlükəsizliyinin təmin olunması prosesinin dayağıdır. Polisin fədakar əməyi hesabına bərqərar olan firavan həyat ölkəmizin iqtisadi yüksəlişi və sosial rifahımızda başlıca rol oynayır.
Covid-19 virusu ilə mübarizə çərçivəsində mart ayından etibarən səfərbər olan polis əməkdaşları 24 saat ərzində dayanmadan fəaliyyət göstərərək yeni növ koronavirusun təhlükəli fəsadlarının minimum həddə endirilməsi işinə öz tövhəsini verir. Tam əsasla deyə bilərik ki, polis tibb işçiləri ilə yanaşı görünməyən düşmənlə – koronavirusla mübarizənin ön cərgəsindədir.
Qarabağ uğrunda döyüşlərdə onlarla polis əməkdaşı canlarından keçərək Vətən və bizlər uğrunda şəhid olublar. Torpaqlarımızın qaytarılması naminə ölüm-dirim savaşı, hərbi əməliyyatlar bərpa olunarsa, polis əməkdaşlarının yenə də ön cəbhədə Vətən uğrunda döyüşəcəklərinə şübhə yoxdur. Günün mübarək, Azərbaycan polisi! 

****

Milli Məclisin deputatı Cavanşir Paşazadə

На изображении может находиться: 1 человек, сидит

Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını  belə, əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır. Bayramınız mübarək.

****

Milli Məclisin deputatı Kamran Bayramov

kamrr

Azərbaycan dövlətçiliyinin və qanununun, son dövrdə isə həm də vətəndaşlarımızın sağlamlığının keşiyində duran bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzu edirik!

****

Milli Məclisin deputatı Kamal Cəfərov

kamal

Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli 710-nömrəli fərmanı ilə 2 iyul Azərbaycan polisi günü elan edilmişdir.
Bu münasibətlə bütün DİN əməkdaşlarını təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıram.

*****

Milli Məclisin deputatı Məşhur Məmmədov

meshur

Polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə cinayətlərin sayı çox aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keşiyindədir. Polis məni, bizi, sizi, beləliklə də hamımızı qoruyur. Bayramınız mübarək, əziz qanun keşikçilərimiz.

****

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva

Naxçıvanın deputatı: “Hər yeni nəsil özündən əvvəlki nəsildən daha ...

Peşə bayramları münasibəti ilə, ölkəmizdə asayışı və sabitliyi qoruyan bütün polis əməkdaşlarını təbrik edir, möhkəm cansağlığı, çətin və məsuliyyətli vəzifə sahiblərinə uğurlar arzu edirəm!

****

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov

behruzz

Müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümü münasibəti ilə DİN-in bütün əməkdaşlarını təbrik edir, hər bir polis nəfərinə can sağlığı, xoşbəxtlik, təməlində dövlətə sədaqət dayanan bu şərəfli missiyalarında nailiyyətlər arzu edirəm!
Hər bir cəmiyyətdə polislə bağlı problemlər var, eləcə də bizdə də. Lakin, 3-5 xoşagəlməz fakta görə bütövlükdə Azərbaycan polisinə qiymət yolverilməzdir. Azərbaycan polisi fəaliyyəti tarixində ərazi bütövlüyümüz uğrunda mübarizədən, ölkədə stabilliyin, ictimai qayda və ictimai təhlükəsizliyin qorunmasına, müstəqilliyimizin möhkəmlədirilməsinə qədər müstəsna rola malik olub və bu gün də bu rolunu şərəflə yerinə yetirməkdədir.
Mən bu əlamətdar gün münasibəti ilə həmçinin Biləsuvar rayon polis şöbəsinin bütün şəxsi heyətini ayrıca təbrik edir, kollektivin hər bir fərdinə ən xoş arzularımı çatdırıram!
Polis günümüz mübarək!

****

Milli Məclisin depuatı Aydın Hüseynov

Aydın Hüseynov

2 İyul -Azərbaycan Polis Günü münasibəti ilə bütün polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edirəm. Siz təhlükəsizliyimizi qorumaqla yanaşı indiki pandemiya dövründə vətəndaşlarımızın sağlamlığı maminə də layiqincə çalışmaqla peşəkarlığınızı nümayiş etdirirsiniz.
Hər birinizi bir daha təbrik edir və şərəfli işinizdə uğurlar arzulayıram.

****

Milli Məclisin deputatı Fazil Mustafa

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Karantin dövründə Azərbaycanda ən çox əziyyət çəkən, fədakarlıq edən, vətəndaşlarımızın sağlamlığı üçün həyatını risqə qoyan tibb işçilərimiz və polislərimizdir. Hər nə qədər müəyyən nöqsanlardan istifadə edərək polisimizi gözdən salmaq üçün məqsədyünlü kampaniya aparan qüvvələr öz təxribatlarını davam etdirsələr də, Azərbaycan dövlətinə bağlı, onun dəyərlərini hər şeydən uca tutan vətəndaşlar onların fədakarlığını yüksək qiymətləndirir. Ayrı-ayrı neqativ fəaliyyəti olan fərdlərə görə bütövlükdə Azərbaycan polisini gözdən salmaq olmaz. Yağışda, küləkdə, qızmar günəş altında postlarda həyatı üçün ən böyük təhlükəni göz önünə alaraq ictimai asayışı qoruyan, virusa yoluxmanın qarşısını almağa çalışan, dar məqamda qalmış vətəndaşların yardımına qoşan Azərbaycan polisinin peşə bayramında yuxarıdan aşağıyadək bütün şəxsi heyəti təbrik edir, dövlətçiliyimizin və qanunçuluğun qorunmasında daha inamlı və fədakar davranış arzulayıram.

****

Milli Məclisin deputatı Sadiq Qurbanov

modern.az sadiq qurbanov 192

Sizin 1918-ci il iyul ayının 2-də Daxili İşlər Nazirliyi kimi təsis edilmiş və Ümümmilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 24 may tarixli fərmanı ilə tarixi günə çevrilmiş Azərbaycan Polisi Gününüz mübarək!
Yarandığınız gündən xalqımızı mövcud təhlükələrdən qoruyaraq bu günədək şərəfli bir yol keçmisiniz. Daim dövlətə və dövlətçiliyə sadiq olmusunuz. İnanıram ki, bundan sonrada belə olacaq!
Sizə peşə fəaliyyətinizi şərəflə yerinə yetirməkdə uğurlar və bol nailiyyətlər arzulayıram!

****

Milli Məclisin deputatı Anar Məmmədov

anar 2

2 iyul – Azərbaycan Polisinin yaranmasının 102-ci ildönümüdür.

Cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması, habelə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə istiqamətində Azərbaycan polisi hər zaman üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Polis işçilərinin peşə bayramı münasibətilə bütün polislərimizi səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli işlərində davamlı uğurlar arzulayıram.

****

Milli Məclisin deputatı Azər Badamov

Azər Badamov: "Deputat öz dairəsinə heç baş çəkmir"

Üçüncü dünya müharibəsi adlandırılan COVİD-19 infeksiyasına qarşı mübarizədə gecə-gündüz soyuqda-istidə əziyyət çəkən, ölkədə ictimai-siyasi asayişin keşiyində dayanan fədakar peşə sahibləri polislərdir. Siz bayrama layiqsiniz. Peşə Bayramı Gününüz mübarək!

****

Milli Məclisin deputatı Emin Hacıyev

emin 1

Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Milli Məclisin deputatı Ramil Həsən

RAMİLL

“Bu gün həm torpaqlarımız uğrunda canlarından keçmiş, həm də Azərbaycanda sabitliyin, stabiliyin qorunmasında, daxili təhlükəsizliyin təmin olunmasında xüsusi xidmətləri olan bizim dəyərli polis əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə polislərimizi ürəkdən, səmimi qəlbdən təbrik etmək istəyirəm. Azərbaycan polisi xalqın qəhrəman övladlarının nümayəndələridir: “Arzu edirəm ki Azərbaycan dövlətinin daha da güclənməsi, qüdrətlənməsi, həmçinin Azərbaycan dövlətinin və xalqının təhlüləsizliyinin təmin edilməsi istiqamətində bundan sonra da uğurla, bacarıqla fəaliyyət göstərsinlər.

****

Milli Məclisin deputatı Soltan Məmmədov

soltan 1

1918-ci il iyulun 2-də Azərbaycanda polis orqanlarının yaradılması 1998-ci ildən ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Polisi Günü kimi qeyd olunur. Azərbaycan polisi sabitliyin, ictimai asayişin, təhlükəsizliyin əsas sütunlarından biridir. Koronavirus pandemiyasının ölkəmizdə insanların sağlamlığına real təhlükə yaratdığı bu günlərdə fasiləsiz, yorulmadan xidmət göstərən minlərlə polis əməkdaşı yalnız öz peşəsinə sədaqətini deyil, həm də böyük vətənpərvərlik nümunəsi göstərdi. Polis Günü münasibətilə onların hər birini təbrik edir, ölkəmizdə sabitliyin, asayişin qorunmasına yönəlmiş fəaliyyətlərində uğurlar arzulayıram!

****

Milli Məclisin deputatı Vuqar İskəndərov

vuqarrrr

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyası kursu uğurla davam etdirən Prezident İlham Əliyev də daim Azərbaycan polisinə diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

****

Milli Məclisin deputatı Nagif Həmzəyev

nagif

Azərbaycan polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borcuna sədaqət nümayiş etdirdi:
“Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu.Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdilər, yüksək peşəkarlıqla humanist mövqe sərgilədilər. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə özünü güvəndə hiss edir. Polis Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, bu çətin günlərdə onlara vətəndaşlarımızın sağlamlığı naminə atdıqları qətiyyətli addımlarda uğurlar arzulayıram.

****

Milli Məclisin deputatı Müşfiq Cəfərov

musff

Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 102 yaşı tamam olur.

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti də yaxından iştirak etmişdir. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 932 əməkdaşı şəhid adına ucalıb, 681 əməkdaş isə qazi olub. Həmin dövrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstərmiş, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində canla başla iştirak etmiş, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqlənmiş, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərmiş DİN nümayəndələri dövlət tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.Hazırkı çətin dövrdə asayişin qorunmasında, təhlükəsizliyin mühafizəsində, sağlamlığımızın keşiyində duran, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstərən bütün DİN əməkdaşlarını təbrik edirəm.Peşə Bayramınız Mübarək!

****

Milli Məclisin deputatı Əminə Ağazadə

aminaa

İyulun 2-də Azərbaycan polisi özünün peşə bayramını qeyd edir. Cəmiyyət həyatının bütün sahələri üçün hava və su kimi vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarını təbrik edir və onlara bu çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzu edirəm!
Bayramınız mübarək!

*****

Milli Məclisin deputatı Məzahir Əfəndiyev

mezahir

Azərbaycan Polisi bu çətin günlərdə də hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. Koronavirusla mübarizədə həkimlərimizlə yanaşı, polislərimiz də çox böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə verirlər. Bununla yanaşı, Azərbaycan Polisi özünün humanizmindən də qalmadı, ciddi ehtiyac duyanlara yardım əli uzadıldı. Bütün bunlar isə vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılandı.Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

*****

Milli Məclisin deputatı Jalə Əhmədova

jale ahmada

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur.Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları artıq 102 ildir ki dayanmadan xidmətimizdədir. Bütün polis əməkdaşlarımızı təbrik edir, onlara bu çətin və şərəfli işdə uğurlar arzu edirəm.Mövcud pandemiya dövründə bir neçə peşə sahiblərinə nə qədər ehtiyacımızın olduğunu daha aydın anladıq. Onlardan biri də gecə-gündüz pandemiya ilə ön cəbhədə mübarizə aparan, ictimai asayişi qoruyan fədakar polislərimizdir.Son zamanlar vətəndaşlarımız və polislərimiz üz üzə qaldı və kim haqlı ya kim haqsız deyə düşünməkdənsə gəlin bir birimizə hörmət edərək bu virusun ölkəmizdə geniş yayılmasına icazə verməyək. Nəzərə alın ki polislərimiz olmasa ölkədə xoşagəlməz elementlər çoxalar, təhlükəsizliyimiz pozular və yaşamaq çox çətinləşər.

****

Milli Məclisin deputatə Sevinc Fətəliyeva

sevv

Ölkəmizin sabitliyi, əmin-amanlığının qorunmasında fədakar xidmət aparan polis əməkdaşlarını Azərbaycan Polisinin 102 illiyi münasibəti ilə təbrik edir, hər birinə can sağlığı , çətin və ağır polis peşəsində uğurlar və yüksək nailiyyətlər arzulayıram!

****

Milli Məclisin deputatı İqbal Məmmədov

iqball

Azərbaycanda polis sisteminin bir əsr yaşı vardır. Uzun və qarışıq siyasi tarixə malik olan ölkəmizdə bütün dövrlərdə, Azərbaycan polisi xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmişdir.
Bizim hamımızın bir vətənimiz var. Bu müqəddəs vətənimizdə əmin amanlığın keşikçiləri olan, torpağımızın hər bir qarışında gecəsini gündüzə qatan, böyük fədakarlıqlara sinə gərən Azərbaycan Polisini peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Milli Məclisin deputatı Cavid Osmanov

Cavid Osmanov

2 iyul Azərbaycanda polislərin peşə bayramı kimi qeyd olunur. Polislərimiz xüsusilə müstəqillik dövründə Ulu Öndər və 2013-cü ildə isə cənab prezidentimizin rəhbərliyi altında inkişaf və tərəqqi yolunu keçib. Azərbaycan polisi hər zaman ölkəmizin iqtisadi, siyasi vəziyyətin sabit qalmasında, terrorizmə, narkomaniyaya, insan alverinə qarşı mübarizədə və digər ölkəmizi qarşı olan təhdidlərin qarşısının alınmasında çox vacib rol oynayıb. Xüsusilə də pandemiya dövründə polislərimiz üzərinə düşən işləri layiqincə yerinə yetirməkdədir. Dünyanın ən inkişaf etmiş ölkələrində hər hansı aksiyanın qarşısını alanda orada insanlara qarşı zor tədbiq edirlər. Amma ölkəmizdə mənzərə tamam fərlidir. Bu da Azərbaycan polisinin müstəqillik illərində keçdiyi tərəqqi yolunun nəticəsidir. Başda Daxili İşlər naziri Vilayət Eyvazov olmaqla, hüquq-mühafizə orqanlarında şərəflə xidmət göstərən, insanlarımızın və dövlətimizin təhlükəsizliyini təmin edən polislərimizin bayramını təbrik edirəm. Unutmaq lazım deyil ki, 90-cı illərin əvvələrində Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən başlayaraq daxili işlər orqanlarında çalışan polislərimiz erməni separatçılarına qarşı vuruşması heç birimizin yaddından çıxmamalıdır. Hətta polislərimizin bir neçəsi dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olublar. Bir daha polis günü ilə bağlı bu günki və keçmiş polis əməkdaşlarını təbrik edir, ölkəmizin ictimai və siyasi sabitliyin qorunması naminə onların üzərinə düşən şərəfli işlərində uğurlar arzulayıram”.

****

Milli Məclisin deputatı İltizam Yusifov

iltiza

Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə, mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu gün Azərbaycan polisinin sıralarında çoxlu sayda Milli Qəhrəman var. Yüzlərlə polis Vətənin müxtəlif orden və medallarına layiq görülüb.Azərbaycan polisi daim öz peşəkarlığını artırır, mənəvi-əxlaqi keyfiyyətlərini yüksəldir. Azərbaycan polisi hər zaman asayişin və qanunun keşiyində möhkəm dayanmışdır.Əziz Polis işçiləri, peşə bayramınız münasibəti ilə sizi təbrik edir, şərəfli və məsul peşənizdə sizə dözüm, prinsipiallıq, cansağlığı və uzun ömür arzulayıram.